Reytinq yarışı start götürüb

“Təhsil” Respublika İdman Mərkəzi və Azərbaycan Şahmat Fedarasiyasının dəstəyi, “Təhsil” RİM-in 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat Məktəbinin təşkilatçılığı ilə 8 noyabr – Zəfər gününə həsr olunmuş şahmat üzrə beynəlxalq reytinq turnirinə start verilib.

29 oktyabr 2021-ci il tarixdə 4 nömrəli İOEUGİŞM-in oyun zalında başlayan yarış 7 turdan ibarət İsvecrə sistemi üzrə keçirilir və bir həftə davam edəcək. Beynəlxalq reytinq turnirində ikisi beynəlxalq usta olmaqla 35 şahmatçı iştirak edir. Yarışın son turu və bağlanış mərasimi 5 noyabr 2021-ci il tarixində keçiriləcəkdir.

Yarışın nəticələri aşağıdakı linkdə:

https://chess-results.com/tnr583714.aspx?lan=1&turdet=YES

You May Also Like