Şahmat tarixində yeni rekord

Hindistan əsilli ABŞ şahmatçısı Abhimanyu Mişra şahmat tarixinin ən gənc beynəlxalq ustası (İM) olub.

Tehsilchess.az xəbərə verir ki, o, 10 yaş 9 ay 3 günündə “Chess Max Academy Fall GM Invitational” turnirində son İM normasını doldurub. Bununla da o, bu göstəricidə birinci olan Praggnanandhaanın rekordunu yeniləyib.

Praggnanadhaa 10 yaş 9 ay 20 günündə beynəlxalq usta olmuşdu.