Şahmatçılarımız Azərbaycan çempionatında uğurlu çıxış edib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə 15-24 iyun 2022-ci il tarixlərində 8-18 yaşadək oğlan və qızlar arasında şahmat üzrə Azərbaycan çempionatı keçirildi.

314 şahmatçının qatıldığı çempionat 6 yaş qrupu üzrə oğlan və qızlara bölünməklə 12 kateqoriyada keçirilib. “Təhsil” Respublika İdman Mərkəzinin şahmatçıları ümumilikdə 8 kateqoriya üzrə qalib olublar. 11 şahmatçımız gümüş medala, 10 şahmatçımız isə bürünc medala layiq görülüb.

Şahmatçılarımızdan Səfa Hümbətov (4 nömrəli İOEUGİŞM) 8 yaşadək oğlanlarda, Əsnad Baxşızadə (4 nömrəli İOEUGİŞM) 10 yaşadək qızlarda, Xanım İsmayılova (3 nömrəli RİOEUGİŞM) 12 yaşadək qızlarda, Yunis Mahmudzadə (Sumqayıt 2 nömrəli UGİŞM) 12 yaşadək oğlanlarda, Nərmin Abdinova (3 nömrəli RİOEUGİŞM) 14 yaşadək qızlarda, Tunar Davudov (3 nömrəli RİOEUGİŞM) 14 yaşadək oğlanlarda, Şiroğlan Talıbov (4 nömrəli İOEUGİŞM) 16 yaşadək oğlanlarda, Səbinə Rzalı (Sumqayıt 2 nömrəli UGİŞM) isə 18 yaşadək qızlarda Azərbaycan çempionu olub.

Gümüş medal qazanan şahmatçılarımız:

  • G08 – Nurgül Qənbərli (4 nömrəli İOEUGİŞM),
  • O08 – Nihad Vəlisoy (Gəncə 2 nömrəli UGİŞM),
  • G10 – Leyla Mirzəliyeva (Sumqayıt 2 nömrəli UGİŞM),
  • O10 – Mirnamiq Ağazadə (3 nömrəli RİOEUGİŞM),
  • G12 – Lalə Hüseynova (4 nömrəli İOEUGİŞM),
  • O12 – Paşam Əlizadə (3 nömrəli RİOEUGİŞM),
  • G14 – Nurtən Nuriyeva (Sumqayıt 2 nömrəli UGİŞM),
  • O14 – Allahverdi Həmidov (3 nömrəli RİOEUGİŞM),
  • G16 – Aydan Şükürova (4 nömrəli İOEUGİŞM),
  • G18 – Mələk İsmayıl (Sumqayıt 2 nömrəli UGİŞM),
  • O18 – Fərid Mustafayev (4 nömrəli İOEUGİŞM).

Bürünc medal qazanan şahmatçılarımız:

  • G08 – Zəhra Xəlilzadə (Şirvan UGİŞM)
  • O08 – Məhəmməd Kazımzadə (4 nömrəli İOEUGİŞM)
  • G10 – Fatimə Mirzəliyeva (Sumqayıt 2 nömrəli UGİŞM)
  • O10 – Məmməd Məmmədzadə (3 nömrəli RİOEUGİŞM)
  • G12 – Səadət Bəşirli (Gəncə 2 nömrəli UGİŞM)
  • G14 – Leyla Rzalı (Sumqayıt 2 nömrəli UGİŞM)
  • O14 – Rüstəm Rüstəmov (Sumqayıt 2 nömrəli UGİŞM)
  • G16 – Nərmin Nəsibova (3 nömrəli RİOEUGİŞM)
  • O16 – Aqil İsrailov (11 nömrəli UGİM)
  • O18 – İsmayıl Qurbanov (3 nömrəli RİOEUGİŞM)
Turnirin bağlanış mərasimində Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalibləri təbrik edərək, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Sonra Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və 1-ci Vitse-prezidenti Faiq Həsənov qaliblərə diplom və medalları təqdim edib.
 
Çempionatda hər kateqoriya üzrə ilk üç yeri tutan şahmatçılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunub. Qaliblərə federasiya tərəfindən pul mükafatı verilib. I yeri tutan şahmatçılar 2022-ci il müvafiq yaş qruplarında Dünya çempionatına, II yeri tutan şahmatçılar isə Avropa çempionatında ölkəmizi təmsil edəcək.