“Tapa bilmədiyim etüdləri bəzən yuxuda həll edirəm” – Xanım Balacayeva

Batumida keçirilən komandalararası Avropa çempionatında 3-cü yerə çıxan qadınlardan ibarət şahmat millimizin üzvləri – Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova, qadınlardan ibarət yığma komandanın baş məşqçisi Fikrət Sdeifzadə və “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə baş məşqçisi Raul Quliyev “İctimai TV”də “Bol İdman” verilişinin qonağı olublar.

Təhsilchess.az xəbər verir ki, verilişin iştirakçıları turnir haqda fikirlərini bildiriblər.

Sevindirici haldır ki, yığma komandanın tərkibində “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli RİOEUGİŞM və 4 nömrəli İOEUGİŞM-in şagirdləri Xanım Balacayevə və Günay Məmmədzadə iştirak ediblər.