“Təhsil” RİM-in komandası Avropa klub kubokunda iştirak edəcək

27-31 mart 2021-ci il tarixlərində Avropa Şahmat Birliyinin təşkilatçılığı ilə şahmat üzrə Avropa onlayn klub kuboku keçiriləcək. Bu yarışda “Təhsil” Respublika İdman Mərkəzinin komandası da iştirak edəcək. 4 nömrəli İOEUGİŞM-in məşqçi-müəllimi, əməkdar məşqçi  Rəsul İbrahimovun kapitanlığı ilə yarışa qatılacaq komandanın heyəti aşağıdakı kimidir:

Avropa onlayn klub kuboku 3 mərhələ üzrə keçirilir: seçmə, pley-of və final.

27-28 mart 2021-ci il tarixlərində seçmə mərhələnin oyunları keçiriləcək. Seçmə mərhələ 8-10 komandadan ibarət qruplar üzrə təşkil olunur. Qrupda ən azı ilk 2 yeri tutan komandalar play-of mərhələsinə vəsiqə qazanır.

29 mart 2021-ci il tarixində keçiriləcək play-of mərhələsindən 9 komanda final mərhələsinə vəsiqə qazanır.

Final mərhələsi 10 komandanın iştirakı ilə 9 turdan ibarət dairəvi sistem üzrə keçiriləcək. Avropa Şahmat Birliyi tərəfindən dəvət olunmuş qadınlar arasında Avropa onlayn klub kubokunun qalibi olan “Cercle d’Echecs de Monte-Carlo” klubu və Play-of-dan vəsiqə qazanan 9 komanda qalib adı uğrunda mübarizə aparacaq. Final mərhələsinin oyunları 30-31 mart 2021-ci il tarixlərində keçiriləcək.

Yarışda oyuna nəzarət vaxtı 15 dəqiqə + 5 saniyə/hər gedişə-dir.

Qeyd edək ki, Avropa onlayn klub kubokunda ölkəmizi daha 2 komanda – Odlar Yurdu və Vugar Gashimov komandaları təmsil edəcək: