“Təhsil” RİM-in Respublika birinciliyində qaliblər müəyyənləşdi

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyinə yekun vuruldu.
“Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbində təşkil olunan yarışda 6 yaş qrupu üzrə 140 nəfər şahmatçı mübarizə aparıb.
Final yarışlarında I, II, III yeri tutan şahmatçılar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medal ilə təltif olunub.
10, 12, 14, 16 yaşadək oğlan və qızlar arasında keçirilən yarışların yekun nəticələri reytinq hesablanması üçün FIDE-yə göndəriləcək.
 
Yarışların nəticələri aşağıdakı kimidir:

 Qaliblər   Yüklə/Endir

Medal sıralaması   Yüklə/Endir

Yarışın internet səhifəsi:

https://ascc2021.tehsilchess.az/