“Təhsil” RİM-in yetirməsi qadınlar arasında Azərbaycan çempionu oldu

04-13 mart 2020-ci tarixlərində keçirilən qadınlar arasında Azərbaycan çempionatı başa çatdı. “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbinin yetirməsi Xanım Balacayeva qadınlar arasında Azərbaycan çempionu oldu. Sonuncu turda Göhvər Beydullayeva ilə xalları yarı bölən Xanım 9 oyundan 7 xal toplayaraq 2-ci yerlə 1 xallıq fərq saxladı və Azərbaycan çempionu adına layiq görüldü. Turnirdə inamlı qələbə qazanan Xanım, eyni zamanda beynəlxalq reytinqini 18 vahid qaldırmaqla 2373-ə çatdırdı.

Qeyd edək ki, 2-3-cü yerləri Gövhər Beydullayeva və Gülnar Məmmədova bölüşdürüb. Əlavə göstəricilərə görə Göyhər 2-ci, Gülnar isə 3-cü olub.

Yarışın chess-results.com linki: 

http://chess-results.com/tnr522685.aspx?lan=1&art=9&fed=AZE&turdet=YES&snr=4