“Təhsil” RİM-də təltifolunma

25 dekabr 2017-ci il tarixində “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Şəhmat Məktəblərinin və Uşaq-Gənclər İdman Məktəblərinin (İOEUGİM) 2017-ci ildə yüksək nəticə göstərən məşqçi-müəllimlərinin və idmançılarının təltif olunma mərasimi keçirildi.Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə təşkil edilən tədbirin keçirilməsində əsas məqsəd məşqçi-müəllimlərinin və idmançıların əməyinin qiymətləndirilməsi, gələcəkdə onların daha yüksək nəticələr əldə etmələrinə stimulun formalaşdırılmasından ibarət idi.Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, məşqçi-müəllimlər, idmançılar, mediya nümayəndələri iştirak etdi.Çıxışlarda Mərkəz tərəfindən 2017-ci ildə keçirilmiş IV İslam Həmrəyliyi Oyunları”nın proqramına daxil edilmiş idman növlərini məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi tədbirləri, 8 yaşadək (U-8) və 9 yaşadək (U-9) futbolçulardan və 13 yaşadək (U-13) və 15 yaşadək (U-15) basketbolçulardan ibarət komandalar arasında “Təhsil Liqaları”, Mini futbol üzrə “Nardaran kuboku”, şahmat üzrə respublika çempionatı, “Xocalı” Soyqırımı şəhidlərinin xatirəsinə həsr edilmiş Respublika şahmat truniri, Respublika Şahmat festivalı, sərbəst güləş, boks, ağır atletika, cüdo,basketbol, mini futbol idman növləri üzrə yarışların əhəmiyyəti vurğulandı, cari ildə “Təhsil” RİM-in idmançılarının 855 medalın qazanılmasında məşqçi-müəllimlərin əməyi qeyd olundu.O da bildirildi ki, IV İslam Həmrəyliyi Oyunlarında mərkəzin 15 nəfər idmançısı iştirak etmiş, onlardan Ramil Qasımov cüdo (paralimpiya) idman növündə I yeri, Orxan Nuruyev Yunan-Roma güləşində I yeri, Səkinət Abbasova həndbol idman növü üzrə I yeri, Yuliya Stisyuk sərbəst üsulla üzmədə III yeri tutmuşdu.Çıxışlardan sonra 2017-ci ildə müxtəlif idman növləri üzrə yüksək nəticə əldə etmiş 22 idmançı, uşaq-yeniyetmə və gənclərin idmana cəlb olunmasında, bədən tərbiyəsi və idmanın təbliğində səmərəli fəaliyyət göstərdiyinə görə isə 26 məşqçi-müəllim “Təhsil” Respublika İdman Mərkəzinin təsisi etdiyi fəxri fərman və qiymətli hədiyyələrlə təltif edildi. Şahmatçılarımızdan Fərid Orucov, Ziya Məmmədov və Aydın Süleymanlı, məşqçi-müəllim kimi isə Vüqar Bayramov mükafat alanlar arasında olmuşlar. Tədbir mükafatçılar üçün təşkil edilmiş ziyafətlə yekunlaşdı.