Hazırkı dünya çempionu Maqnus Karlsenin 5 turnirdən ibarət onlayn şahmat turunun növbəti – üçüncü seriyası olan “Online Chess Masters”in iştirakçıları müəyyənləşib.
Tehsilchess.az “Chess24″ə istinadən xəbər verir ki, bu mərhələyə 12 şahmatçı qatılacaq. Mükafat fondu 150 min ABŞ dolları olan yarış 20 iyun – 5 iyul tarixlərində keçiriləcək.
Turnirdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov da iştirak edəcək.
Qeyd edək ki, yarışın qalibi 45 min ABŞ dolları qazanacaq.
Xatırladaq k ki, Maqnus Karlsenin bundan əvvəl təşkil etdiyi yarışlarda Azərbaycan şahmatçıları iştirak etməyib.