16 yaşadək yeniyetmələrin respublika şahmat olimpiadası

29 iyun 2021, 12:45

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə Olimpiadanın keçirilməsinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən icazə verilməyib.

22 iyun 2021, 01:20

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən 16 yaşadək yeniyetmələrin respublika şahmat olimpiadası 13-24 iyul 2021-ci il tarixlərində (ilk tur 14 iyulda) Zaqatala şəhər Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Olimpiadaya respublikanın bütün şəhər və rayonlarının, eləcə də idman-şahmat məktəblərinin, şahmat klubları və idman cəmiyyətlərinin 16 yaşadək şahmatçıları dəvət olunurlar.  Yarışda iştirak etmək üçün şahmatçının FİDE identifikasiya nömrəsi (ID) olması tələb olunur və FİDE ID-i olmayan şahmatçılar yarışa buraxılmır. ID açdırmaq istəyən şahmatçılar AŞF-ə müraciət etməlidir (Əlaqə: 012-511-13-56).

Olimpiada A və B qruplarında təşkil olunacaq: A qrupunda 13-16 yaşlı (2005-2008 təvəllüdlü) şahmatçılar, B qrupunda isə 12 yaşadək (2009 təvəllüdlü və daha kiçik yaşlı) şahmatçılar iştirak edə bilər.

Yarışlar FİDE qaydaları əsasında isveçrə sistemi üzrə 11 turdan ibarət olmaqla keçiriləcək və şəxsi-komanda xarakteri daşıyacaq. Komanda nominasiyasında ən yaxşı nəticə göstərən 3 oğlan və 1 qız şahmatçının nəticəsi nəzərə alınır. Oyuna nəzarət vaxtı 120 dəqiqədir (artımsız). Tura gecikmə vaxtı 15 dəqiqədir.

Hər bir yaş qrupu üzrə (10, 12, 14, 16) ilk 3 yeri tutmuş şahmatçılar 1-31 avqust 2021-ci il tarixlərində FİDE yeniyetmə və gənclərin onlayn rapid dünya kubokuna vəsiqə qazanacaq. Birinci yeri tutmuş şahmatçı dünya kubokunun üzvlük haqqından azad olunur. https://youth-worldcup.fide.com/

Yarışların baş hakimi Quba İOEUGİŞM-in direktoru, Beynəlxalq Hakim Qüdrət İsmayılovdur.

Yarışda iştirak etmək istəyən hər bir təşkilat (və ya fərdi idmançı) vahid sifariş formasını doldurmaqla (sifarişdə şahmatçının adı, soyadı, atasının adı, təvəllüdü, idman dərəcəsi, beynəlxalq və milli əmsalı göstərilməlidir) 5 iyul 2021-ci il tarixindən gec olmayaraq aşağıdakı elektron ünvanlara göndərməlidir:

Azərbaycan Şahmat Federasiyası:              azerbaijanchess@yahoo.com
Baş hakim (Q.İsmayılov):                             gubachess@yandex.ru
Əlavə məlumat üçün:                                   012-511-13-56 (AŞF), 050-740-55-59 (Baş hakim)

Hər bir şahmatçının şəxsiyyətini təsdiq edən sənəd hakimlər heyətinin katibliyinə təqdim edilməlidir.

ƏSASNAMƏ (PDF və şəkil formatda)