Ümid Aslanov beynəlxalq turnirdə 3-cü oldu

5-15 fevral 2022-ci il tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində “İlk şənbə” beynəlxalq şahmat turniri keçirilib. Turnir Beynəlxalq Qrossmeyster və Beynəlxalq Usta norma qruplarında təşkil olunub.

Beynəlxalq Usta normalı turnirdə iştirak edən “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli RİOEUGİŞM-in yetirməsi Ümid Aslanov turniri 3-cü yerdə başa vurub. 10 nəfər titullu şahmatçının iştirakı ilə dairəvi sistem üzrə keçirilən yarışda Ümid 9 oyundan 5 xal toplayıb və beynəlxalq reytinqini 60 vahid artırıb.

Qrossmeyster normalı turnirdə çıxış edən “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli RİOEUGİŞM-in yetirməsi Kənan Qarayev isə 9 oyundan 3,5 xalla turniri 7-ci pillədə başa vurub.

You May Also Like