WSCC-2017-dən 4 medal!

21 aprel-01 may 2017-ci il tarixlərində Rumıniya Respublikasının İasi şəhərində keçirilən şahmat üzrə məktəblilərin dünya çempioanatı başa çatdı. Yarış 7, 9, 11, 13, 15, 17 yaşadək oğlanlar və qızlar arasında keçirilmişdir. Bu mötəbər yarışda respublikamızı 7 yaşadək oğlanlar arasında Məmmədov Ziya, Mehdizadə Murad, 9 yaşadək oğlanlar arasında Orucov Fərid, Süleymanov Əli, 11 yaşadək oğlanlar arasında Süleymanlı Süleyman, 13 yaşadək oğlanlar arasında Eynullayev Altay, 15 yaşadək oğlanlar arasında İbrahimli Murad, 17 yaşadək oğlanlar arasında Babazdə Xəzər, 7 yaşadək qızlar arasında Nəsirova Lalə, 9 yaşadək qızlar arasında Budaqova Leyla, 11 yaşadək qızlar arasında Qasımova Səmra, 13 yaşadək qızlar arasında Rzalı Səbinə, 15 yaşadək qızlar arasında Hacıyeva Ləman və 17 yaşadək qızlar arasında Məmmədova Süsən təmsil etmişlər.

“Təhsil” Respublika İdman Mərkəzinin komandası çempionatda tam heyətlə çıxış edərək, uğurlu nəticə əldə edib. Belə ki, komandanın üzvləri – Məmmədov Ziya 7 yaşlı oğlanlar arasında, Orucov Fərid 9 yaşlı oğlanlar arasında və Məmmədova Süsən 17 yaşlı qızlar arasında gümüş medal, Budaqova Leyla isə 9 yaşlı qızlar arasında bürünc medal qazandılar. Dünya çempionatında iştirak edən komandanın formalaşması üçün “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən müvafiq yaş qrupları üzrə respublika çempionatının zona və final mərhələləri keçirilmiş və hər yaş qrupu üzrə birinci yeri tutan şahmatçılar komandanın tərkibinə daxil edilmişdir. Komandanın dünya çempionatında iştirakı Təhsil Nazirliyinin dəstəyi və “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilmişdir.

Yarışın nəticələrinə bu linkdən baxa bilərsiniz: WSCC-2017

You May Also Like

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir