İbrahimli Murad – Məktəblilərin Dünya çempionu! WSCC-2018-dən 4 medal

20-29 aprel 2018-ci tarixlərində Albaniya Respublikasının Durres şəhərində şahmat üzrə məktəblilərin dünya çempioanatı başa çatdı. “Təhsil” Respublika İdman Mərkəzinin 6 yaş qrupu üzrə (7 yaşadək oğlan və qız, 9 yaşadək oğlan və qız, 11 yaşadək oğlan və qız, 13 yaşadək oğlan və qız, 15 yaşadək oğlan və qız, 17 yaşadək oğlan və qız) oğlan və qız olmaqla 12 nəfər şahmatçı, 2 məşqçi-müəllim və 1 nümayəndədən ibarət komnadası həmin çempioanatda uğurla iştirak etdi. Çempioanatda ümumilikdə 40 ölkədən 387 şahmatçı mübarizə apardı.Belə ki, İbrahimli Murad 17 yaşadək oğlanlar arasında I yerə, Heydərova Aytac 17 yaşadək qızlar arasında II yerə, Kərimlil Yusif 7 yaşadək oğlanlar arasında II yerə,Süleymanlı İsmayıl 9 yaşadək oğlanlar arasında III yerə layiq görülmüşdür. Məktəblilərin dünya çempionatında iştirak edəcək şahmatçıları müəyyən etmək üçün “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən Uşaq-Gənclər İdman Şahmat Məktəblərinin şahmat bölmələri arasında dünya çempioantının yaş qruplarına müvafiq olaraq 6 yaş qrupu üzrə zona və final yarışları keçirilmişdir. Finalda yaş qrupları üzrə birinci yeri tutan şahmatçılar dünya çempioanatına iştirak etmək hüququ əldə etmişlər.Müəyyən edilmiş mərkəzin yığma komandası üçün 10-19 aprel 2018-ci tarixlərində “Zuğulba” Tədris İdman Bazasında təlim məşq toplanışı keçirilmiş və beynəlxalq qrossmeysterlər Şəhriyar Məmmədyarov və Rauf Məmmədovun iştirakı ilə Master-Klass təlimləri təşkil edilmişdir. Komandanın dünya çempionatında iştirak etməsində əsas məqsəd şahmatçıların ustalıq səviyyələrinin artırılması və istedatlı şahmatçıların aşkar edilməsindən ibarət idi.

Yarışların nəticələrinə bu linkdən baxa bilərsiniz: WSCC-2018