Süleymanlı Süleyman məktəblilərin dünya 2-cisi oldu

17-27 aprel 2019-cu il tarixlərində Türkiyə Cümhuriyyətinin Antalya şəhərində 7-17 yaşadək məktəblilər arasında şahmat üzrə Dünya çempionatı keçirilmişdir. 33 ölkədən 392 şahmatçının qatıldığı bu mötəbər yarışda ölkəmizi “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası və özəl olaraq yarışa qatılan şahmatçılar təmsil etmişdir.

13 yaşadək oğlanlar arasında çıxış edən Şəki UGİŞM-in şahmatçısı Süleyman Süleymanlı 2-ci yerə layiq görülərək gümüş medal qazanmışdır.

Bu münasibətlə “Təhsil” Respublika İdman Mərkəzi adından Süleymanı təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.

You May Also Like