Xanım Balacayeva İlk WGM Balını Topladı

 18-26 fevral 2018-ci il tarixlərində Azərbaycan Şahmat Federasiyasında qadınlar arasında Azərbycan çempionatı keçirilmişdir.”Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat məktəbinin şahmatçısı Balacayeva Xanım 9 oyundan 6,5 xal toplayaraq qadınlar arasında Azərbaycan çempionu adına sahib çıxıb. Xanım eyni zamanda “Beynəlxalq Usta” normasını yerinə yetirmiş və ilk qrossmeyster balını toplamışdır. Balacayeva Xanım dəfələrlə respublika və beynəlxalq yarışların mükafatçısı olmuşdur