Xocalı-26 xatirə turniri start götürdü

“Təhsil müəssisələrində Xocalı soyqrımının iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı” təhsil nazirliyinin müvafiq əmrinin icrasının yerinə yetirilməsi ilə bağlı “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 20 fevral 2018-ci il tarixində Ağcabədi rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində Xocalı soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş respublika şahmat turniri start götürmüşdür.Turnirdə müvafiq yaş qrupları üzrə ümumilikdə 200 nəfərə yaxın şahmatçı iştirak edir.Turnirin keçirilməsində əsas məqsəd Xocalı soyqırımı şəhidlərinin xatirəsini əbədiləşdirmək, gənc şahmatçılara bu soyqırım haqqında ətraflı məlumat vermək və onlarda vətənpəvərlik hissinin gücləndirilməsindən ibarətdir.Turnirin açılış mərasimindən əvvəl rayon ziyallıları, təşkilatçılar və gənc şahmatçılar şəhidlər xiyabanını ziyarət etdilər. Açılış mərasimində ilk öncə Xocalı soyqırımında həlak olmuş şəhidlər bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Xocalı Soyqırımı haqqında yarış iştirakçılarına ətraflı məlumat verildi.Açılış mərasimindən sonra oyunlara start verildi.Yarışlar 8,10,12,14,16 yaş qrupları üzrə oğlanlar və qızlar arasında keçirilir. I, II və III yerləri tutmuş şahmatçılar “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplom və medalları ilə təltif ediləcəklər.Turnirə 28 fevral 2018-ci il tarixində yekun vurulacaq.