Respublika şahmat turniri başa çatdı

25 fevral – 06 mart 2022-ci il tarixlərində “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ağcabədi rayon uşaq-gənclər idman-şahmat məktəbində keçirilən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Respublika şahmat turniri başa çatdı. 31 rayon (şəhər) uşaq-gənclər idman-şahmat məktəbindən 280 şahmatçının qatıldığı yarış A  B qruplarında təşkil olundu. A qrupunda isə 11-16 yaşlı şahmatçılar, B qrupunda 10 yaşadək şahmatçılar mübarizə apardı.

178 şahmatçının iştirak etdiyi A qrupunda 11 nömrəli UGİM-in yetirməsi Aqil İsrayılov 9 oyundan 8,5 xalla birinci oldu. Şəki UGİŞM-dən İslam Hacıəliyev ikinci, 4 nömrəli İOEUGİŞM-dən Kənan İsbatov üçüncü yerə sahib çıxdı.

B qrupunda isə qalib adını 102 şahmatçı arasından Beyləqan UGİŞM-in yetirməsi Emin Abbasov qazanıb. 3 nömrəli RİOEUGİŞM-in şahmatçısı Cavad Mürsəlzadə ikinci, Gəncə 2 nömrəli UGİŞM-in şahmatçısı Mustafa Muhammədəli üçüncü oldu.

Ümumi yarışın mükafatçılarından əlavə yaş qrupları üzrə ilk 3 yeri tutmuş şahmatçılar da təltif olunub. Yaş qrupları üzrə qaliblər aşağıdakılardır:

6 yaşadək qızlar arasında:

  1. Cəfərli Zəhra (Şirvan UGİŞM)
  2. Faxrətzadə Nurgün (Ucar UGİŞM)
  3. Mehdiyeva Xədicə (Beyləqan UGİŞM)

6 yaşadək oğlanlar arasında:

  1. Hüseynzadə Ceyhun (Mingəçevir UGİŞM)
  2. Əhmədov Rza (Şirvan UGİŞM)
  3. İsmayılzadə Arif (Lənkəran UGİŞM)

8 yaşadək qızlar arasında:

  1. Əhmədli Mehriban (Mingəçevir UGİŞM)
  2. Xəlilzadə Zəhra (Şirvan UGİŞM)
  3. Abdullayeva Banu (Gəncə 2 nömrəli UGİŞM)

8 yaşadək oğlanlar arasında:

  1. Abbassoy Cavad (Beyləqan UGİŞM)
  2. Vəlisoy Nihad (Gəncə 2 nömrəli UGİŞM)
  3. Qədirov Yusif (Şirvan UGİŞM)

10 yaşadək qızlar arasında:

  1. Məmmədli Nuray (Lənkəran UGİŞM)
  2. Məmmədli Cəmilə (Mingəçevir UGİŞM)
  3. Əlizadə Ruqəyya (Gəncə 2 nömrəli UGİŞM)

10 yaşadək oğlanlar arasında:

  1. Həmzəzadə Ömər (Mingəçevir UGİŞM)
  2. Rüstəmov Tuncay (Beyləqan UGİŞM)
  3. Nağıyev Malik (4 nömrəli İOEUGİŞM)

12 yaşadək qızlar arasında:

  1. Ağaverdiyeva Məryəm (3 nömrəli RİOEUGİŞM)
  2. Qəhrəmanova Zəhra (Ucar UGİŞM)
  3. Rzayeva Könül (Samux UGİŞM)

12 yaşadək oğlanlar arasında:

  1. Qurbanov Hüseyn (Gəncə 2 nömrəli UGİŞM)
  2. Mehtizadə İlqar (Gəncə 2 nömrəli UGİŞM)
  3. Məmmədov Fuad (3 nömrəli RİOEUGİŞM)

14 yaşadək qızlar arasında:

  1. Məmmədli Zəhra (Göyçay UGİŞM)
  2. Əlizadə Aytən (Gəncə 2 nömrəli UGİŞM)
  3. Quliyeva Aydan (Mingəçevir UGİŞM)

14 yaşadək oğlanlar arasında:

  1. Şıxəlizadə Murad (Göyçay UGİŞM)
  2. Səlimzadə Əli (Astara UGİŞM)
  3. Fərhadov Əli (3 nömrəli RİOEUGİŞM)

16 yaşadək qızlar arasında:

  1. Məmmədova Aytac (Samux UGİŞM)
  2. Ağayeva Gülsənəm (Lənkəran UGİŞM)
  3. İsayeva Nurlana (Ucar UGİŞM)

16 yaşadək oğlanlar arasında:

  1. Cabbarlı Ayhan (Ucar UGİŞM)
  2. Abdulkərimli Elcan (4 nömrəli İOEUGİŞM)
  3. Züqanov Əli (4 nömrəli İOEUGİŞM)

Yarışın keçirilməsində məqsəd Xocalı soyqırımı qurbanlarının 30-cu ildönümünün qeyd edilməsi, uşaq və yeniyetmələr arasında vətənpərvərlik hissinin gücləndirilməsi, uşaq şahmatının inkişaf etdirilməsi və şahmatçıların ustalıq səviyyəsinin artırılmasından ibarət idi.

You May Also Like