Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş yarış keçiriləcək

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Respublika şahmat yarışı keçiriləcək. “Təhsil” Respublika İdman Mərkəzi PHŞ-nin təşkilatçılığı ilə keçiriləcək yarış ənənəvi xarakter daşıyır.

Yarış 25 fevral (gəlmə günü) – 4 mart 2023-cü il tarixləri arasında Ağcabədi rayon ugişm-in yarış zalında təşkil olunacaq. Oyunlar A, B qruplarında keçirilir: A qrupunda 11-16 yaşlı şahmatçılar (2012-2007), B qrupunda isə 10 yaşadək (2013-cü il təvəllüdlü və daha kiçik yaşlı) şahmatçılar iştirak edəcək. A qrupunun nəticələri reytinq hesablanması üçün FIDE-yə göndəriləcək. Ona görə A qrupunda oynayan şahmatçıların ID kodunun olması mütləqdir.

Yarışda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən və şahmat bölməsi mövcud olan ugişm-lərin şagirdləri iştirak edə bilərlər.

Yarış haqqında ətraflı məlumat üçün əsasnamə ilə tanış ola bilərsiniz.

You May Also Like