Xocalı soyqırımı qurbanlarının xatirə turniri başa çatdı

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Respublika şahmat turniri başa çatıb.

26 fevral-04 mart 2023-cü il tarixində “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ağcabədi rayon uşaq-gənclər idman-şahmat məktəbində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ənənəvi Respublika şahmat turniri keçirilib.
 

Turnirdə A və B qrupunda ilk üç yeri tutan idmançılar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medalla, birinci yeri tutan şahmatçılar isə kubokla təltif olunublar.

 
Yarışın keçirilməsində məqsəd Xocalı soyqırımı qurbanlarının 31-ci ildönümünün qeyd edilməsi, uşaq və yeniyetmələr arasında vətənpərvərlik hissinin gücləndirilməsi, uşaq şahmatının inkişaf etdirilməsi və şahmatçıların ustalıq səviyyəsinin artırılmasından ibarət olub.