“Təhsil” RİM-in Zuğulba tədris idman bazası 2 yaşını qeyd edir

Bu gün Zuğulba Tədris İdman Bazasının 2 yaşı tamam olur! 2 il ərzində 100- dən çox təlim məşq toplantıları, yarışlar və düşərgələr yüksək səviyyədə Zuğulba TİB-də keçirilmişdir.

Bazada şahmatçılar üçün də çoxlu sayda tədbirlər keçirilib. Məktəblilərdən ibarət yığma komandanın təlim-məşq toplanışları,  pilot məktəblərin şagirdləri arasında Respublika Şahmat Festivalı, Məktəblər arasında Respublika çempionatı, şahmatçılar üçün yay düşərgəsi və s. məhz bu bazada yüksək səviyyə təşkil olunub. Fürsətdən istifadə edərək bu əlamətdar gün münasibətilə bazanın rəisi Vidadi Quliyev başda olmaqla bütün bazanın kollektivini təbrik edir və gələcəkdə uğurlar arzu edirik!

 

Bazada bu günədək təşkil olunan şahmat tədbirlərini diqqətinizə çatdırırıq. Tədbirin üzərində klikləyərək ətraflı tanış ola bilərsiniz.

 

Məktəblilərin Yığmasının Təlim-Məşq Toplanışışahmatçıların təltifetməsiMRÇ-FinalRespublika Şahmat Festivalı (PİLOT)